Membran fasadlar
Frezerlənmiş MDF fasad vakuum-membran presdə PVC film ilə örtülür: üz, naxışlar və kənarlar tikişsiz, bütöv bir örtük altında olur. Klassik çərçivəli, tağlı və ya düz modern fasadlar üçün — mat, parlaq və ağac teksturalı filmlərlə.
- 16 / 19 / 22 mmMDF qalınlığı
- 20+ filmmat, parlaq, ağac, daş
- 8 naxışCNC frezer
- m² iləsahə dəqiq hesablanır
Membran fasad necə hazırlanır?
- 1. KəsimMDF lövhə fasadın ölçüsünə kəsilir (16, 19 və ya 22 mm).
- 2. CNC frezerSeçdiyiniz naxış və kənar profili dəzgahda frezerlənir, səth hamarlanır.
- 3. YapışqanTozu təmizlənmiş səthə istiliklə aktivləşən yapışqan çəkilir.
- 4. Vakuum-membran presPVC film qızdırılıb vakuumla fasadın üzünə, naxışlarına və kənarlarına sıx yapışdırılır.
Üstünlüklər
- Üz və kənarlar tikişsiz bütöv örtükdədir, kromka yoxdur
- Kənarlar bağlıdır — MDF nəmdən qorunur
- İstənilən frezer naxışı: klassik çərçivə, tağ, romb, xətlər
- Geniş rəng seçimi: mat, soft-touch, parlaq, ağac, daş
- Boyalı (emal) fasaddan adətən sərfəlidir
Nəzərə alın
- +70°C-dən yuxarı istilikdən qoruyun: soba və duxovka yanında istilik qoruyucu planka qoyun
- Hazır fasadı sonradan mişarla kəsmək olmaz — ölçünü dəqiq verin
- Güclü zərbə və ya kəsik zədəsində film qopa bilər
- Quru və isti otaqda istifadə üçündür; birbaşa su ilə uzun təmasdan qoruyun
Filmi seçin
CYC Dekor PVC filmləri: soft, mat, parlaq və saten. Rəng ekranda fərqli görünə bilər — dəqiq rəng üçün mağazada film nümunəsinə baxın.
Fasadı hazırlayın
Sahə: —
Enter ilə hündürlük → en → say → əlavə et.
Sifariş siyahısı
Texniki göstəricilər
| Əsas | MDF, 16 / 19 / 22 mm |
|---|---|
| Örtük | PVC film, vakuum-membran pres ilə (üz, naxışlar və kənarlar) |
| Arxa tərəf | Ağ melamin və ya eyni film (iki üzlü) |
| Frezer naxışları | Düz, klassik çərçivə, ikiqat çərçivə, tağlı, romb, üfüqi və şaquli xətlər, dalğa |
| Kənar profili | Düz və ya yumrulanmış (R3) |
| Ən böyük ölçü | |
| Hesablama | Kvadrat metrlə: hündürlük × en × say. Sahəsi 0,1 m²-dən kiçik fasad 0,1 m² kimi hesablanır (məs. 380 × 166 mm = 0,063 m² → 0,1 m²; 2 ədəd = 0,2 m²) |
| Hazırlanma müddəti |
Baxım qaydaları
- Yumşaq, nəm parça və sabunlu su ilə silin, sonra quru parça ilə qurulayın.
- Abraziv toz, sərt süngər, aseton və spirtli təmizləyicilərdən istifadə etməyin.
- Soba, duxovka və çaydanın buxarı birbaşa fasada düşməsin; duxovka yanında istilik qoruyucu planka qoyun.
- Fasadı birbaşa günəş şüasından və uzun müddətli nəmdən qoruyun.
Tez-tez verilən suallar
Membran, laminat DSP və akril fasadın fərqi nədir?
Laminat DSP düz lövhədir, kənarına kromka yapışdırılır, naxış olmur. Membran fasadda MDF frezerlənir və film üz ilə kənarları tikişsiz örtür — klassik çərçivəli və naxışlı fasadlar üçün uyğundur. Akril (high-gloss) panellər daha parlaq və sərtdir, adətən düz modern fasadlarda istifadə olunur.
Mətbəx üçün uyğundurmu?
Bəli, mətbəx fasadları üçün geniş istifadə olunur. Yalnız soba və duxovkanın yanındakı fasadları istilikdən qorumaq lazımdır (+70°C-dən yuxarı istilik filmi zədələyə bilər).
Fasadı sonra kəsmək və ya qısaltmaq olarmı?
Xeyr. Kəsiləndə film kənardan açılır və MDF açıq qalır. Ölçünü dəqiq verin; əmin deyilsinizsə, bizə yazın, ölçünü birlikdə yoxlayaq.
Rəngi və naxışı əvvəlcədən necə görə bilərəm?
Bu səhifədə filmi və naxışı seçib fasadın önizləməsinə baxa bilərsiniz. Mebeldə necə görünəcəyini 3D dekor seçicidə "CNC fasad" bölməsindən yoxlayın. Dəqiq rəng üçün mağazada film nümunəsinə baxmağı tövsiyə edirik.
Sualım var, kimə yazım?
WhatsApp-da yazın və ya əlaqə səhifəsindən bizə zəng edin.