Lövhə, panel və kromka — kəsilmiş, sexə hazır.
Laminat DSP, MDF və high-gloss panelləri ölçünüzə görə kəsirik, kənarlarını dekora uyğun kromka ilə bağlayırıq və çatdırırıq.
Kateqoriyalar
Bütün kataloqDekoru 3D mebeldə görün, sonra nümunəsini istəyin.
Dekor seçin: aşağıdakı paneldə seçdiyiniz yerə (fasad, alt və ya üst fasad, korpus, mətbəx səthi) tətbiq olunur. İstənilən qapıya toxunub onu ayrıca rəngləyə bilərsiniz.
Ən çox seçilən mətbəx kombinləri
İki tonlu mətbəxlər indi ən populyar seçimdir: alt dolablar tünd və ya ağac, üst dolablar açıq rəngdə. Kombini seçin, 3D-də öz mətbəxinizdə görün və istəsəniz hər qapını ayrıca dəyişin.
Kəsim sifarişi necə işləyir
Sifarişə başlaKataloqdan dekoru və qalınlığı seçin. Uyğun kromka avtomatik təklif olunur.
Hər detalın uzunluğunu, enini, sayını və kromka vurulacaq tərəfləri qeyd edin.
Siyahı hazır mesaj kimi açılır. Menecer qiyməti və hazırlanma vaxtını təsdiqləyir.
Kəsilmiş və kromkalanmış detallar sexinizə çatdırılır və ya anbardan götürülür.
Çox satılanlar
Bütün kataloqLövhələr formatlı kəsim dəzgahında millimetr dəqiqliyi ilə kəsilir.
0.4, 1 və 2 mm PVC kromka hər dekorun öz rəngində.
Bakı daxili və rayonlara. Şərtləri sifariş zamanı dəqiqləşdiririk.
Vərəqlə, kəsimsiz alış da mümkündür. Topdan sifarişlərə xüsusi qiymət.
Mebel sexi və ya ustasınız?
Daimi müştərilər üçün topdan qiymətlər, prioritet kəsim növbəsi və yeni dekorların nümunələri. Əlaqə saxlayın, şərtləri danışaq.