Kəsim sifarişi
Bir sifarişdə bir neçə lövhə ola bilər: məsələn, korpus üçün Sonoma Palıd, fasad üçün High-gloss. Hər lövhənin detallarını öz vərəqində yazın, "Başqa lövhə əlavə et" ilə yenisinə keçin.
Tez-tez verilən suallar
Kəsim sifarişini necə verim?
Lövhəni seçin, detalların ölçülərini, sayını və kromka vurulacaq tərəfləri yazın. Sayt raskroy sxemini avtomatik hazırlayır, sifarişi WhatsApp-la və ya hesabınızdan göndərirsiniz.
Raskroy sxemini görə və çap edə bilərəmmi?
Bəli. Kəsim xəritəsi hər lövhə üçün ayrıca göstərilir və PDF kimi çap olunur.
Kromka hansı tərəflərə vurulur?
Hər detal üçün kromka vurulacaq tərəfləri özünüz seçirsiniz. Kromka lövhənin dekoruna uyğun götürülür.
Kəsilmiş detallar çatdırılırmı?
Bəli, kəsilmiş detallar Bakıda ünvanınıza çatdırıla bilər və ya anbardan özünüz götürə bilərsiniz. Bunu sifarişdə "Çatdırılma" bölməsində seçin.