CNC kəsim və frezerləmə
Xam MDF-də fasad naxışı, əyri kəsim, ajur panel və furnitura deşikləri. Çertyoj, eskiz və ya sadəcə ölçü ilə işləyirik. MDF sizdədirsə, ölçüləri yazıb göndərin; yoxdursa, bizim xam MDF-dən raskroy edib kəsirik.
- İş sahəsi
- [iş sahəsi] mm
- Dəqiqlik
- [dəqiqlik] mm
- Material qalınlığı
- [qalınlıq] mm
- Hazırlanma müddəti
- [müddət] iş günü
- Fayl formatları
- DXF, DWG, PDF, şəkil və ya əl eskizi
Nələri edirik
MDF fasadlara çərçivə, tağ, xətt və dalğa naxışları. Rəngləmə və ya plyonka üçün hazır.
Radiuslu künclər, dairəvi və oval detallar, fiqurlu rəflər və yan divarlar.
Deşikli dekorativ panellər, radiator örtükləri, otaq arakəsmələri.
Dalğalı və relyefli divar panelləri, akustik şırımlı səthlər.
Menteşə yuvaları (Ø35), konfirmat, rəf tutacağı və tutacaq deşikləri.
Fasad və lövhələrdə yazı, loqo və naxış qravürası.
Fasad naxışı seçin
Önizləmə təxminidir. Menteşə yuvaları fasadın arxa tərəfində açılır, burada qırıq xətlə göstərilib.
MDF
CNC işlərini yalnız xam MDF-də edirik.
Başqa CNC işi əlavə edin
CNC sifariş siyahısı
Necə işləyir
Fasad naxışını seçin və ya çertyoj, eskiz, foto göndərin. Faylınız yoxdursa, ölçüləri yazın, hazırlayaq.
Material, frezer xəttinin uzunluğu və detal sayına görə hesablayıb sizə yazırıq.
Detallar dəzgahda kəsilir, frezerlənir, lazım olsa kromka vurulur.
Hazır detallar ünvana çatdırılır və ya anbardan götürülür.
Tez-tez verilən suallar
Hansı faylları qəbul edirsiniz?
DXF və DWG ən yaxşısıdır. PDF, şəkil və ya kağız üzərində ölçülü əl eskizi də olar. Fayl yoxdursa, sadə formaları ölçülərə görə özümüz hazırlayırıq.
Öz MDF-imi gətirə bilərəm?
Bəli. Sifarişdə "MDF məndə var" seçin və ölçüləri yazın. CNC işlərini yalnız xam MDF-də edirik; MDF dəzgahın iş sahəsinə sığmalı və zədəsiz olmalıdır. MDF-iniz yoxdursa, "MDF yoxdur — sizdən" seçin: detallar bizim xam MDF-dən raskroy edilib kəsilir.
Bir ədəd detal da sifariş etmək olar?
Bəli, tək ədəd və seriya sifarişləri qəbul edirik. Minimum sifariş şərtləri üçün bizə yazın.
Qiymət necə hesablanır?
Qiymət material, frezer xəttinin uzunluğu, işin mürəkkəbliyi və detal sayından asılıdır. Dəqiq qiyməti faylınıza və ya eskizinizə baxıb deyirik.
Nə qədər vaxta hazır olur?
Adi sifarişlər [müddət] iş günü ərzində hazır olur. Böyük və mürəkkəb işlərin müddətini ayrıca dəqiqləşdiririk.
Başqa sualınız var? WhatsApp-da yazın.